Əbu-Dabidə keçiriləcək Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqları təhlükəsizlik məsələlərinə və təhlükəsizlik zəmanətlərinə həsr olunacaq. Görüş qapalı qapılar arxasında baş tutacaq.
"Unikal" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
ABŞ, Rusiya və Ukrayna arasında danışıqları Moskva təsdiqlədi
Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin tam tərkibi vaxtı çatanda açıqlanacaq.
Daha əvvəl Peskov Rusiya-ABŞ-Ukrayna üçtərəfli görüşünün noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilməsinin planlaşdırıldığını bildirmişdi.
Melaniya Tramp Rusiya və Ukraynanı barışdırmağa çalışır: Görüşün vaxtı açıqlandı
Peskov həmçinin məlumat verib ki, Ağ Evdə ABŞ-nin birinci xanımı Melaniya Trampla keçiriləcək görüşdə Rusiyanı insan hüquqları üzrə müvəkkil Yana Lantratovanın və Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin təmsil edəcəyi gözlənilir.













.jpg)






.jpg)








.jpeg)


.jpeg)












