Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 nəfər barəsində cinayət işləri başladıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Komitə bildirir ki, “Ermənistan Elektrik Şəbəkələri”nə (ENA) 64,5 milyard dram məbləğində ziyan dəyib; 36 nəfərə qarşı cinayət işi başlanıb. Saxlanılanlar arasında şirkətin İdarə Heyətinin üzvü Vardan Makaryan saxlanılıb. O, əvvəllər Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Administrasiyasının rəhbəri vəzifəsində çalışıb, həmçinin Armen Sarkisyanın prezidentliyi dövründə Administrasiyanın rəhbərinin səlahiyyətlərini icra edib.
Açıqlamaya əsasən, əldə edilən sübutlar göstərir ki, 2016–2024-cü illər ərzində Samvel Karapetyanın rəhbərliyi altında bir qrup şəxs özəl sektorda vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda etibar edilmiş əmlakın mənimsənilməsi və xüsusilə külli miqdarda vəsaitin yuyulması cinayətlərini törədiblər.
***
Rusiyada fəaliyyət göstərən iş adamı və "Güclü Ermənistan" partiyasının sədri Samvel Karapetyan saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
"Bu səhər Samvel Karapetyan və qardaşı oğlu Narek Karapetyanın yaşadıqları ünvanlarda axtarışlar aparılıb. Hər ikisi müxalif "Güclü Ermənistan" ("Strong Armenia") partiyasının üzvüdür; Samvel partiya sədri, Narek isə partiyanın parlament fraksiyasının rəhbəridir", - KİV yazıb.
Gülayə Mecid




















.jpg)




.jpg)

.jpg)











