Dövlət sərhədində bir ay ərzində yarım tona yaxın narkotik aşkarlanıb.

Bu barədə "Unikal"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, son bir ay ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 472 kiloqram 225 qram narkоtik vasitə və 16 615 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.