ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyata xərclənən 30 milyard dolları "sadəcə bir xırda şey" hesab etdiyini bildirib.
"Unikal" xəbər verir ki, o, bu barədə "Fox News"a danışıb.
"Mən çox axmaq bir konqresmenin İranla müharibəyə xərclənən 30 milyard dollar haqqında danışığını dinlədim. Bu, sadəcə xırda bir şeydir, çünki biz Venesueladan bundan qat-qat çox qazanc əldə etmişik", - deyə dövlət başçısı ifadə edib.
Amerika liderinin sözlərinə görə, ABŞ İranla münaqişədə güc mövqeyindən çıxış edir və tərəflərin razılığa gələ bilməsi üçün "çox yaxşı bir şans var".
Noyabrın 2-də Tramp bildirib ki, 3 noyabrda keçiriləcək aralıq konqres seçkilərindən dərhal sonra İrana qarşı hərbi əməliyyatları bərpa etmək niyyətində deyil. Elə həmin gün ABŞ vitse-prezidenti C.D. Vens ABŞ və İran arasında münaqişənin sona çatması ilə bağlı məsləhətləşmələrdə "müəyyən irəliləyişlər" əldə edildiyini açıqlayıb.
Gülayə Mecid

























_1793367725.jpeg)
.webp)























