Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkil etdiyi “Gənc Tibb İşçilərinin Konfransı” layihəsinin növbəti regional mərhələsi Mingəçevirdə keçirilib.

"Unikal" xəbər verir ki, Mingəçevir, Goranboy, Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdabdan olan gənc tibb işçilərini bir araya gətirən tədbirdə peşəkar inkişaf, sosial rifah, əmək hüquqları, karyera imkanları və regionlarda davamlı fəaliyyət mövzuları müzakirə olunub.

Konfrans panel müzakirələri, fikir mübadiləsi və “Gənc Tibb İşçiləri arasında İntellektual Yarış”la yadda qalıb.

Layihənin məqsədi gənc tibb işçilərinin bilik və bacarıqlarını gücləndirmək, onların səsini eşitmək və regionlararası peşəkar əməkdaşlığı genişləndirməkdir.