ABŞ-nin Florida ştatının Palm Biç dairəsində biznes təyyarəsinin qəzaya uğraması nəticəsində multimilyonçu ailəsinin üzvləri də daxil olmaqla, ümumilikdə 9 nəfər həyatını itirib.
"Unikal" xəbər verir ki, "New York Post" qəzeti dəhşətli qəzada həlak olanların kimliyini açıqlayıb.
Qeyd olunur ki, təyyarədə iki pilotla yanaşı, “Retention.com” və “RB2B” proqram təminatı şirkətlərinin təsisçisi və baş direktoru, 44 yaşlı iş adamı, milyonçu Adam Robinson, onun həyat yoldaşı, keramika sənətkarı Helen Şarp və onların 4 yaşlı Emma və 2 yaşlı Çarlı adlı iki övladı, ailənin dayəsi Anita Maria Apellido Setina və yaxın dostları Reyçel Rid və Çarmi Fehr də olub. Qəza nəticəsində təyyarədəki şəxslərin heç biri sağ qalmayıb.
Xatırladaq ki, hadisə noyabrın 1-də Palm Biç dairəsinin Qrinakrs şəhəri yaxınlığında baş verib. 2 milyon dollarlıq "Learjet 60" markalı biznes təyyarəsi qəzaya uğrayarkən ağaca toxunub və elektrik xətlərinə ziyan vurub. Təyyarəni iki pilot idarə edib. Onlardan birinin cəmi 20 yaşı olub. “The New York Times” qəzetinin məlumatına əsasən, qadın pilot faciədən üç il əvvəl pilotluq lisenziyası əldə edib.
Müstəntiqlər təyyarədə qara qutunun kokpit səs yazıcısının olub-olmadığını və ya cihazın sağ qalıb-qalmadığını müəyyən edə bilməyiblər. Qəzanın dəqiq səbəbi hələlik açıqlanmayıb. Araşdırma aparan mütəxəssislər müəyyən ediblər ki, təyyarə güclü turbulentlik zonasına düşüb və yerə çırpılmamışdan əvvəl dağılmağa başlayıb.





_1793367725.jpeg)
.webp)

























.jpg)



.jpg)







.jpg)

.jpg)




