Britaniyalı Karl Buşbi 28 illik dünya səyahətindən sonra vətəninə qayıdıb.
"Unikal" xarici mətbuta istinadən xəbər verir ki, o, 1 noyabr 1998-ci ildə Çilinin Punta Arenas şəhərindən başlayaraq dünyanı tamamilə piyada və kəsintisiz gəzmək məqsədilə "Goliath Expedition" (Golyat Ekspedisiyası) layihəsinə başlayıb. Səyahət zamanı o, Berinq boğazını buz üzərində keçib, Xəzər dənizi və İngilis kanalını üzərək keçib.
Təxminən 50.000 km məsafə qət edən Buşbi bu zamana kimi dörd qitə və 30 ölkə gəzib.
2008-ci il maliyyə böhranı, COVID-19 pandemiyası və viza çətinlikləri səbəbindən marşrut dəfələrlə dayandırılıb. Marşrutun Rusiya hissəsinin tamamlanması təxminən on il çəkib.
Finiş xəttində səyyah İngiltərənin şimalındakı doğma şəhəri Hulla qayıdıb və orada onu qohumları, şəhər sakinləri və media nümayəndələri qarşılayıblar.
Buşbi bildirib ki, marşrutu başa vurduqdan sonra yeni layihələrə, natiqlik çıxışlarına və xatirələrinin davamı üzərində işləməyə diqqət yetirməyi planlaşdırır. Alman rejissor Verner Herzoq da onun səyahəti haqqında sənədli film çəkir.






























_1793367725.jpeg)
.webp)


















