Nepalın şərqindəki Solukhumbu bölgəsində iki helikopter toqquşub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Periçe kəndindəki Everest baza düşərgəsinin yaxınlığında baş verib. 

Qeyd olunur ki, "Fishtail Air" və "Air Dynasty" şirkətlərindən olan iki helikopter eyni eniş yerinə enməyə çalışıb, lakin havada toqquşub. Qəza yerinin yaxınlığında bel çantaları olan onlarla turist dayandığı əks olunub.  

Qəza nəticəsində bir əcnəbi həlak olub və pilotlardan biri xəsarət alıb. Ölən əcnəbinin şəxsiyyəti hələ müəyyən edilməyib.