İordaniyanın cənubundakı Əl-Karak əyalətindəki Hamud kilsəsində baş verən atışma nəticəsində ən azı yeddi nəfər ölüb, təxminən on nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə İordaniya dövlət televiziyası "Əl-Məmlaka" məlumat verib. 

Kanal Baş Təhlükəsizlik İdarəsindəki mənbəyə istinadən bildirib ki, "Əl-Karakdakı Hamud kilsəsində baş verən atışmada ən azı yeddi nəfər ölüb, təxminən on nəfər yaralanıb, o cümlədən bəzilərinin vəziyyəti ağırdır".

Mənbənin məlumatına görə, Hamud kilsəsində keçirilən dəfn mərasimi zamanı iki silahlı şəxs maşından düşərək atəş açıb.