Xəbər verdiyimiz kimi, rəsmi tədbir zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan dəfələrlə Qırğızıstan Prezidenti Sadır Japarovu Qazaxıstanın prezidenti adlandırıb.
"Unikal" xəbər verir ki, Hadisə 17 oktyabrda İrəvanda baş verib. Japarov COP17 konfransında iştirak etmək üçün orada olub.
"Əvvəlcə Ermənistana gələn Qazaxıstan Prezidenti Sadır Japarovu salamlamaq istərdim", - deyə Paşinyan çıxışı zamanı deyib.
O, mətbuat konfransında da bu səhvi təkrarlayıb. Tədbirdən sonra Paşinyan hadisədən narazılığını bildirib və 2022-ci ilin dekabrından bəri bu vəzifəni tutan protokol xidmətinin rəhbəri Qaqik Vanoyanı işdən çıxarıb.




















































