Böyük Britaniya şəhərləri və vacib infrastrukturu Yəmənin Husi üsyançılarının hücumlarından qorumaq üçün Səudiyyə Ərəbistanına "Eurofighter Typhoon" qırıcı təyyarələri və A400M hərbi nəqliyyat təyyarəsi yerləşdirəcək.

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, qırıcı təyyarələr husilərə qarşı zərbələrdə iştirak etmədən yalnız müdafiə missiyalarını yerinə yetirəcək və Səudiyyə hava məkanını dronlardan və raketlərdən qoruyacaq. A400M təyyarələri hərbi yükləri və Britaniya məsləhətçilərini daşıyacaq.

London həmçinin əvvəllər Səudiyyə Ərəbistanına yerləşdirilən yanacaqdoldurma tanker təyyarəsinin missiyasını 90 gün müddətinə uzadıb.