Oktyabrın 16-da Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan və Özbəkistan ali təhsil müəssisələrinin İkinci Rektorlar Forumu keçirilib.
"Unikal" xəbər verir ki, forum çərçivəsində iki ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə panel müzakirələri təşkil olunub.
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Bilikdən təsirə: tədqiqat və innovasiya sahəsində universitet-sənaye əməkdaşlığının gücləndirilməsi” mövzusunda keçirilən paneldə çıxış edib.
Vilayət Vəliyev çıxışında AzTU-nun Özbəkistanın ali təhsil və sənaye müəssisələri ilə əməkdaşlığının mövcud vəziyyəti, eləcə də iki qardaş ölkənin ali təhsil müəssisələri arasında universitet-sənaye əməkdaşlığının inkişafı istiqamətində perspektiv imkanlar barədə məlumat verib.
Panel müzakirələri zamanı universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, elmi tədqiqatların nəticələrinin praktik tətbiqi, innovasiya potensialının artırılması, həmçinin Azərbaycan və Özbəkistanın ali təhsil müəssisələri arasında tədqiqat sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.



















.jpeg)













.jpg)















.jpg)





