Misli Premyer Liqasının VIII turunda "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"a qalib gəlib.

"Unikal" xəbər verir ki, SOCAR Polymer Arenada baş tutan matçda ev sahibləri 2:1 hesablı qələbəyə seviniblər.

"Gənclik şəhəri" təmsilçisinin heyətində Ronaldo Vaskez (62) və Nihad Əhmədzadə (82) fərqləniblər. Naxçıvan kollektivinin yeganə qolunu isə Alberto Fernandes (32) vurub.

Qonaq komanda qarşılaşmanı 10 nəfərlə bitirib. 85-ci dəqiqədə Ağadadaş Salyanskiy qırmızı vərəqə ilə cəzalandırılıb.

Bu nəticədən sonra "Sumqayıt" 8 xalla səkkizinci, 2 xala malik "Araz-Naxçıvan" isə sonuncu - onikinci yerdə qərarlaşıb.

Xatırladaq ki, turun ilk qarşılaşmasında "Şamaxı" "Şəfa"nı 3:2 hesabı ilə məğlub edib.