Xəbər verdiyimiz kimi, oktyabrın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin VIII Qurultayda seçilmiş tərkibdə ilk iclası keçirilib.

"Unikal" xəbər verir ki, iclas zamanı YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət yeni tərkibi səsə qoyulub və yekdilliklə təsdiq olunub. Kərimli Gülüstan Əfsər qızı Gənclər Birliyinin sədri, Fəyyaz Nəzrin Cavid qızı və İbrahimli Elvin Soltan oğlu sədr müavinləri təyin olunublar.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Gənclər Birliyinin yeni tərkibinə daxil edilmiş şəxsləri təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.