Güclü küləyin yaratdığı meşə yanğını Cənubi Kaliforniyada ən azı altı evi məhv edib və ya zədələyib.

"Unikal" xəbər verir ki, bu barədə "Associated Press" agentliy məlumat verib. 

Hakimiyyət orqanları təxminən 16.000 sakinin təxliyəsi barədə göstəriş verib və iki yanğınsöndürən istidən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.