Polşa çempionatında 11-ci turun oyunları keçirilir.
"Unikal" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” səfərdə “Vieçista Krakov”un qonağı olub. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.
“Vieçista Krakov” - “Rakuv” - 1:2
Qollar: Semedo, 69 (1:0), Diabi-Fadiqa, 79-pen. (1:1); 88 (1:2)
Mahir Emreli qarşılaşmaya start heyətində başlayıb və 88-ci dəqiqədə, hesab 1:1 olarkən Adam Basse ilə əvəzlənib.
Qeyd edək ki, mövsümdə ikinci qələbəsini qazanan “Rakov” 6 xalla hazırda 18 komanda arasında sonuncu yeri tutur.





.jpg)















.jpg)











.jpg)






.jpeg)


.jpg)











