Bu gün İran prezidenti Məsud Pezeşkian müxtəlif təhsil və inkişaf layihələrinin istifadəyə verilməsinə həsr olunmuş mərasimdə çıxış edərək bacarıqlı şəxslərə daha böyük məsuliyyətlərin həvalə edilməsinin və onların irəliləməsi üçün imkanların yaradılmasının vacibliyini vurğulayıb.

"Unikal" xəbər verir ki, Pezeşkian bildirib ki, rəhbərlər özlərini hər şeyi bilən şəxslər kimi görməməlidirlər, çünki bu yanaşma başqalarının istedadlarının üzə çıxmasına mane olur.

Onun sözlərinə görə, səlahiyyətlərin bölüşdürülməsi və bacarıqlı insanların idarəetməyə cəlb edilməsi uğurlu rəhbərliyin əsas şərtlərindəndir. Dövlət başçısı özünün də parlamentdəki fəaliyyətindən dövlət başçısı vəzifəsinə yüksəldiyini xatırladaraq, xalqa xidmət etmək potensialı olan şəxslərin kənarda saxlanılmamalı olduğunu deyib.