"Donald Trampın adını daşıyan nəqliyyat marşrutu (TRIPP) layihəsində iştirakla bağlı bizə heç bir təklif daxil olmayıb".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Biz Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, eləcə də Vaşinqtonda əldə olunan razılaşmanı alqışlamışıq. Bunu həm Prezident, həm də Xarici İşlər Nazirliyi səviyyəsində dəfələrlə ifadə etmişik. Biz infrastruktur layihələrində iştirak etməyə də hazırıq.
'Rusiya Dəmir Yolları' şirkəti konsessiya hüququna malikdir və 'Cənubi Qafqaz Dəmir Yolları' çərçivəsində fəaliyyət göstərir. Biz bütün bu infrastruktura bələdik və onun texniki baxımdan saxlanılmasını həyata keçiririk", - deyə Lavrov qeyd edib.
XİN rəhbərinin sözlərinə görə, "bütün maraqlı tərəflər bizim imkanlarımızdan və hazırlığımızdan xəbərdardırlar".
Ağarza Elçinoğlu














































