Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı onlayn görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüş zamanı Rusiyada heyvanların identifikasiyası və qeydiyyatının hüquqi və institusional əsasları, izləniləbilənlik, epizootoloji nəzarət, informasiya sistemləri və rəqəmsal texnologiyaların tətbiqi, eləcə də sistemin tətbiqinin nəticələri və gələcək inkişaf istiqamətləri müzakirə edilib.
Görüşdə heyvan sağlamlığının qorunması, epizootik xəstəliklərin qarşısının alınması və izləniləbilənliyin gücləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.






.jpeg)


.jpg)
.jpeg)




































