"Ukrayna lideri Volodimir Zelenski ABŞ prezidenti Donald Trampa birbaşa etiraz edərək Rusiyanın neft emalı zavodlarına zərbələrin davam etdiriləcəyini elan edib".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir qeyd edib ki, Zelenskinin dizel sövdələşməsi ilə bağlı mövqeyi onun konstruktiv dialoqa getmək istəmədiyini nümayiş etdirir.
"Bu, bu razılaşmanı fəal şəkildə dəstəkləyən Prezident Trampa qarşı birbaşa və eyni zamanda kobud bir çağırışdır", - deyə Lavrov qeyd edib.
Rusiya xarici işlər naziri bildirib ki, Zelenski dəfələrlə açıq şəkildə dizel sövdələşməsində maraqlı olmadığını vurğulayıb.














































