İran Prezidenti Məsud Pezeşkian oktyabrın 16-da qısamüddətli səfərlə Ermənistana səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi məlumat verib.
İran Prezidenti BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyası Tərəflər Konfransının 17-ci iclasında (CBD COP17) iştirak edəcək.
Bəqayi qeyd edib ki, sammit çərçivəsində tədbirdə iştirak edəcək digər ölkələrin liderləri ilə də müzakirələr və fikir mübadilələri nəzərdə tutulub.
Diplomat vurğulayıb ki, İran konvensiyanı ilk imzalayan ölkələrdən biri olub və 1996-cı ildə ona rəsmən qoşulub. Son üç onillik ərzində İran İslam Respublikası bioloji müxtəlifliyin və ətraf mühitin qorunması ilə bağlı mexanizmlərin və qaydaların işlənib hazırlanmasında mühüm rol oynayıb.
Ağarza Elçinoğlu















































