Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Almaniyanın xarici işlər naziri Yohan Vadeful arasında geniştərkibli görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüş zamanı nazirlər Azərbaycan-Almaniya münasibətlərinin mövcud vəziyyəti, ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri, həmçinin əsas regional və beynəlxalq hadisələr barədə hərtərəfli müzakirələr aparıblar.
Azərbaycan və Almaniya 2027-ci ildə diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünə yaxınlaşdığı bir vaxtda nazirlər qarşılıqlı hörmət, konstruktiv dialoq və ortaq maraqlara əsaslanan tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini bir daha təsdiq ediblər.
Bildirilib ki, Azərbaycan Prezidentinin 2026-cı ilin iyulunda Almaniyaya rəsmi səfəri zamanı qəbul edilmiş İkitərəfli Tərəfdaşlıq üzrə Strateji Gündəlik münasibətlərimizin irəliyə aparılması üçün mühüm çərçivə təmin edir.
Nazirlər iqtisadi əlaqələrin gücləndirilməsinə xüsusi əhəmiyyət verdiklərini bir daha vurğulayıblar. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsinin 1,4 milyard ABŞ dollarına çatması vurğulanıb və qeyd olunub ki, 2026-cı ilin yanvarından Azərbaycanın Almaniyaya qaz ixracına başlaması fonunda ticarət, investisiya, enerji, sənaye, nəqliyyat və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar mövcuddur.
Onlar bildiriblər ki, 2026-cı ilin iyulunda Azərbaycan-Almaniya İşgüzar Şurasının yaradılması da hər iki ölkənin iş adamları icmalarının cəlb edilməsi üçün yeni platforma təmin edir.
C.Bayramov Orta Dəhlizin inkişafı, Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma və inkişaf layihələrində alman şirkətləri üçün mövcud imkanları vurğulayıb.
Nazirlər regional hadisələr, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər. C.Bayramov həmkarını işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma səyləri, keçmiş məcburi köçkünlərin geri qayıtması və minaların yaratdığı davam edən problemlər barədə məlumatlandırıb.
Nazirlər təhsil, mədəniyyət və elm vasitəsilə insanlararası əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.
***10:05
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Almaniyanın xarici işlər naziri Yohan Vadeful arasında təkbətək görüş başlayıb.
"Unikal" xəbər verir ki, görüş Azərbaycan Xarici İşlər Nazirliyində baş tutur.
















.jpg)













.jpg)





.jpg)

.jpg)

.jpg)

.jpg)








