Kemerovo vilayətində baş verən qəzada An-12 hərbi nəqliyyat təyyarəsindəki 19 nəfərin hamısı həlak olub.
"Unikal" xəbər verir ki, təyyarə 17 noyabrda planlaşdırılmış uçuş zamanı qəzaya uğrayıb və yaşayış olmayan əraziyə düşüb.
Qəzanın ilkin səbəbi texniki nasazlıq hesab olunur.
Rusiya Aerokosmik Qüvvələrindən komissiya hadisənin bütün hallarını müəyyən etmək üçün hadisə yerində işləyir.
*** 19:51
Rusiyanın Kemerovo vilayətinin Yaqunovo kəndi yaxınlığında An-12 hərbi təyyarəsi qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, ilkin məlumatlara görə, qəzaya uçuş zamanı mühərrik yanğını səbəb ola bilər. Mühərriklərdən biri havada alovlanıb, daha sonra təyyarə dik eniş edib.
Təyyarədə olan insanların sayı 13-17 nəfərdir. Bildirilir ki, onların hamısı həlak olub.
Kuzbass qubernatoru İlya Seredyuk Yaqunovo kəndi yaxınlığında aviasiya qəzasının baş verdiyini təsdiqləyib, lakin heç bir təfərrüat açıqlamayıb.



.jpg)





.jpg)

.jpg)

.jpg)










.jpeg)
.jpg)
























.png)
.jpeg)



