Paytaxtın Yasamal rayonu ərazisində, həm Əbdülvahab Salamzadə küçəsindən, həm də metronun “20 Yanvar” stansiyası istiqamətindən “Qələbə” dairəsinə, oradan isə Mətbuat prospektinə doğru hərəkət edən nəqliyyat vasitələri qarşıda nizamlanmayan piyada keçidinin olması səbəbindən pik saatlarda sıxlıqla qalırdılar.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, mövcud vəziyyət nəzərə alınaraq, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən müşahidə kameralarının imkanlarından, yerində baxış keçirməklə və simulyasiya proqramından istifadə edilməklə piyada və nəqliyyat vasitələrinin hərəkət intensivliyi təhlil olunub.
Nəticədə piyada keçidinin svetoforlarla nizamlanmasını təmin etmək məqsədilə 3 ədəd “L” və “A” tipli olmaqla piyada və nəqliyyat bölməli svetoforlar quraşdırılaraq istifadəyə verilib.
Bununla da, dairədən Mətbuat prospekti istiqamətində pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb, eyni zamanda piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.









.jpg)













.jpg)





.jpg)

.jpg)

.jpg)

.jpg)









.jpeg)
.jpg)





