Hörmüz boğazında qaz tankeri zərbəyə məruz qaldıqdan sonra alovlara bürünüb.

"Unikal" xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzinin məlumatına görə, gəmiyə iki dəfə zərbə endirilib və ikinci zərbədən sonra yanğın başlayıb.

Hadisə Omanın Xasab şəhəri yaxınlığında baş verib.

Təhlükəsizlik mənbələrinin məlumatına görə, ekipaj gəmini tərk edib. Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik müəyyənləşdirilməyib.