Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) kollektivinə ağır itki üz verib.

"Unikal" xəbər verir ki, BBAK-ın rəhbərliyi və kollektivi Azərbaycanın Milli Qəhrəmanı Əliyev Ehtiram İsrayıl oğlunun vəfatı ilə əlaqədar ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Ehtiram Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunda anadan olmuş, Vətən qarşısında göstərdiyi igidlik və qəhrəmanlığa görə 4 aprel 1995-ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

O, 2016-cı il fevralın 1-dən müəssisəmizdə əmək fəaliyyətinə başlamış, müxtəlif məsul vəzifələrdə çalışmış, son olaraq Nəqliyyat Qovşağına Nəzarət şöbəsinin rəhbəri vəzifəsini icra etmişdir.

Ehtiram Əliyevin Vətən qarşısındakı xidmətləri, şərəfli həyat yolu və əziz xatirəsi daim ehtiramla yad ediləcəkdir.

Allah rəhmət eləsin!