Bu gün İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ hərbi bazasına hücum etdiyini iddia edib.

"Unikal" xəbər verir ki, SEPAH ABŞ-nin hərəkətlərinə cavab olaraq Bəhreyndəki hərbi bazaya qarşı hücumlar planlaşdırıb və həyata keçirib.

Bundan əvvəl Bəhreyn Daxili İşlər Nazirliyi əhali və ölkə sakinləri üçün “potensial təhlükə” barədə xəbərdarlıq yayıb. Nazirlik insanları sakitliyi qorumağa və ən yaxın təhlükəsiz məkana keçməyə çağırıb.