İranın İlam vilayətində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər həyatını itirib, 19 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"Unikal" xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur "X" sosial şəbəkəsində məlumat verib.
Qəza vilayətin Dəşt-Abbas–Mormuri avtomobil yolunda qeydə alınıb. Yaralanan 19 nəfər təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, İlam vilayətinin Qızıl Aypara Cəmiyyəti daha əvvəl IRIB-ə açıqlamasında hadisə nəticəsində 5 nəfərin öldüyünü, 17 nəfərin yaralandığını bildirmişdi. Sonradan əraziyə cəlb olunan xilasedicilərin məlumatı əsasında qurbanların sayı yenilənib.
Hadisənin başvermə səbəbləri araşdırılır.





.jpg)


















































