Hörmüz boğazında iki tanker minaya düşüb

“Unikal” xəbər verir ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Hörmüz boğazında icazəsiz marşrutla hərəkət edən iki tanker dəniz minalarına düşərək partlayıb.

İddia olunur ki, gəmilər ABŞ-nin köməyi ilə boğazdan keçərkən transponderlərini söndürüblər. Partlayışlardan sonra tankerlərdə yanğın başlayıb. Onlardan birinin 2 milyon bareldən çox neft daşıdığı və daha sonra batdığı bildirilir.

SEPAH gəmiçilik şirkətlərinə və tanker sahiblərinə qadağan olunmuş marşrutlardan istifadə etməmək barədə xəbərdarlıq edib.