Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunda seçicilərlə mütəmadi görüşlərini davam etdirir. Millət vəkili bu gün rayonun Muğanlı kəndində vətəndaş qəbulu keçirib, sakinlərin müraciətlərini dinləyib, həmçinin şəhid ailəsini ziyarət edib.
"Unikal" xəbr verir ki, vətəndaş qəbulu zamanı kənd sakinləri ilə görüşən Asif Əsgərov onları narahat edən məsələlər, gündəlik həyatda qarşılaşdıqları çətinliklər və mövcud problemlərlə bağlı müraciətlərlə tanış olub. Görüşdə Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd icra nümayəndəsi və bələdiyyə sədridə iştirak ediblər.
Sakinlərin müraciətləri əsasən elektrik enerjisinin təchizatında yaranan problemlər, kənd təsərrüfatı sahəsində qarşılaşdıqları çətinliklər, eləcə də kəndin sosial və infrastruktur məsələləri ilə bağlı olub. Millət vəkili qaldırılan məsələlərin hər birini diqqətlə dinləyərək onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib. Bəzi müraciətlər yerində həllini tapıb, digər məsələlərin isə aidiyyəti qurumlara çatdırılaraq nəzarətdə saxlanılacağı qeyd olunub.
Asif Əsgərov vətəndaşlarla birbaşa ünsiyyətin, onların problemlərinin yerində öyrənilməsinin və müraciətlərin həlli istiqamətində ardıcıl fəaliyyətin vacibliyini vurğulayıb.
Muğanlı kəndində sakinlərlə keçirilən görüş çərçivəsində millət vəkili Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində yaşayan, Muğanlı kəndindən olan Vətən müharibəsi şəhidi Xəlilli Nicatın ailəsini də ziyarət edib.
Şəhidimizin atası Əli dayı ilə görüşən Asif Əsgərov bir müddət əvvəl səhhətində yaranmış problemlərlə əlaqədar onun vəziyyəti ilə maraqlanıb, şəhid atasına şəfa və möhkəm cansağlığı arzulayıb. Səmimi söhbət zamanı Nicat Xəlillinin şərəfli döyüş yolundan, Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan bəhs olunub, şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib.
Millət vəkili şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunmasının, onların qayğı və problemlərinin yaxından öyrənilməsinin vacibliyini qeyd edib.
Həm vətəndaş qəbulunda iştirak edən sakinlər, həm də şəhid ailəsinin üzvləri vətəndaşlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. Onlar ölkədə həyata keçirilən sosial siyasətin əsas hədəflərindən birinin vətəndaş məmnunluğunun təmin olunması olduğunu vurğulayıb, bu istiqamətdə görülən işləri yüksək qiymətləndiriblər.






.jpg)

.jpg)









.jpg)


.jpg)

.jpg)



.jpg)
.jpg)


.jpg)



.jpg)






.jpg)













