13 noyabr 2026-cı il tarixində Qaradağ rayonu, Qızıldaş qəsəbəsində Vətən Müharibəsi şəhidi Məstəliyev Nurəddin Hasil oğlunun anım mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev,  YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi Bəxtiyar Hümbətov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, şəhid ailələri və qazilər, həmçinin şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak etmişdir.