Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri, İdarə Heyətinin üzvü Ramiz Hüseynov və təşkilatın əməkdaşları şəhid Zakirov Elvin Ağasəlim oğlunun və Verdiyev İsax Ədalət oğlunun ailələrini evlərində ziyarət ediblər.
"Unikal" xəbər verir ki, ziyarət zamanı ailələrin həyat şəraiti, gündəlik qayğıları və ehtiyacları ilə maraqlanılıb. Ailə üzvləri ilə söhbət aparılıb, onların müraciətləri dinlənilib və dəstək göstərilib. Şəhidlərin Vətən uğrunda göstərdikləri şücaət və fədakarlıq ehtiramla yad olunub.
Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdikləri siyasətin mühüm tərkib hissəsi olduğu vurğulanıb.
Bununla yanaşı, şəhid Mədətov Zaur Kamal oğlunun, Qulamov Rəcəb Heydər oğlunun, Əliyev Qubat Hüsür oğlunun, Məmmədov Novruz İnqilab oğlunun, Mirzəyev Cavid Azər oğlunun, Səmədov Elnur Sədaqət oğlunun və Nəsibov Elmar Şirzad oğlunun ailə üzvləri YAP Sumqayıt şəhər təşkilatında Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri, İdarə Heyətinin üzvü Ramiz Hüseynov və təşkilatın əməkdaşları ilə görüşüblər
Görüş zamanı şəhid ailələrinin sosial məsələləri, gündəlik qayğıları və müraciətləri diqqətə çatdırılıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildiriblər.





















































.jpg)


