İspaniya Futbol Federasiyasının İntizam Komitəsi “Andorra” klubunun qapıçısı Xesus Ovononu 12 oyunluq diskvalifikasiya edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, buna səbəb noyabrın 2-də İspaniya 2-ci liqasında “Tenerife” ilə keçirilən matçda yaşanan və futbolçu ölümü ilə nəticələnən epizod olub.
Həmin görüşdə Ovono rəqib komandanın hücumçusu Xesus de Migellə toqquşub. Qapıçı ayağını yuxarı qaldıraraq rəqibinə sərt zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb.
Ağır xəsarət alan 30 yaşlı De Migel xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib. İspaniya Futbol Federasiyasının İntizam Komitəsi qapıçının hərəkətini ciddi qayda pozuntusu kimi qiymətləndirib.
























































