Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək öldürülüb.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, tədbirdə iştirak edən idmançı binadan çıxdıqdan sonra qara rəngli “Toyota Camry” avtomobilindən ona atəş açılıb.

Güllələrdən biri Davudovun başına dəyib. Ağır yaralanan samboçu xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Hadisəni törədən şəxslər ərazidən qaçıblar. Onların istifadə etdikləri avtomobil axtarışa verilib.

Qeyd edək ki, Məhəmməd Davudov Rusiyanın idman ustası, 2016-cı ildə cüdo üzrə Avropa Kubokunun qalibi və 2023-cü ildə sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı olub.