Avropa İttifaqı noyabrın 16-da Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Fransanın Avropa işləri üzrə naziri Benjamen Haddad LCI telekanalının efirində bildirib.

"Bazar ertəsi biz Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcəyik", - deyən Haddad əlavə edib.

Onun sözlərinə görə, sanksiya siyahılarına 150 fiziki şəxs və 50 bank daxil ola bilər. Bunların əksəriyyəti Fransa tərəfindən təklif olunub.

Rusiya tərəfi isə daha əvvəl dəfələrlə vurğulayıb ki, Avropa İttifaqının sanksiya siyasəti Ukraynadakı münaqişənin həllinə töhfə vermir.

Ağarza Elçinoğlu