İngiltərənin “Mançester Yunayted” komandası baş məşqçi Maykl Kerriklə yollarını ayırıb.

"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klub rəhbərliyi mövsümə uğursuz başlanğıcdan sonra qarşıya qoyulan hədəflərə çatmaq üçün baş məşqçi dəyişikliyinin zəruri olduğu qənaətinə gəlib.

“Mançester Yunayted” Maykl Kerrikin klub tarixində əfsanəvi futbolçulardan biri olduğunu vurğulayaraq, onun həm futbolçu, həm də məşqçi kimi nümayiş etdirdiyi peşəkarlığı və fədakarlığı yüksək qiymətləndirib.

İngiltərə klubu yeni baş məşqçinin mümkün qədər qısa müddətdə təyin olunacağını açıqlayıb.

Qeyd edək ki, bu mövsüm İngiltərə Premyer Liqasında uğursuz çıxış edən “Mançester Yunayted” turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.