Azərbaycanda istiqrazların təqdim edilməsi üzrə istiqrazın satışından əldə edilən gəlirlə onun alış qiyməti, habelə bu əməliyyatla bağlı çəkilən xərclər, o cümlədən tutulan komissiya haqları arasındakı fərq vergitutma obyekti olacaq.

"Unikal" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd, 2027-ci ilin büdcə zərfinə daxildir.

Hazırda yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin Azərbaycan ərazisində, habelə ölkə hüdudlarından kənarda fond birjasında təqdim edilməsi üzrə səhmin satış dəyəri ilə alış dəyəri və çəkilən digər xərclər arasındakı fərq vergitutma obyektidir.