İzmirdə zavodda baş vermiş partlayışa görə 6 nəfər saxlanılıb. 

"Unikal" xəbər verir ki, onlar Menemen Respublika Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində tutulublar. 

Qeyd edək ki, Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş vermiş partlayışda 16 nəfər ölüb, 13 nəfər yaralanıb.