Cənubi Afrikada naməlum şəxslər rusiyalı turisti güllələyərək öldürüb, həyat yoldaşını isə yaralayıblar.

"Unikal" xəbər verir ki, hadisə Mpumalanga əyalətindəki N4 magistral yolunda, rusiyalı turistlər Kruger Milli Parkına gedərkən baş verib. Onların avtomobili əvvəlcə yol boyunca səpələnmiş tiyə zolaqlarına dəyib və nəticədə təkər partlayıb. Daha sonra kişi dayanıb və ehtiyat təkər taxmaq qərarına gəlib.

Elə bu anda naməlum şəxslər cütlüyə hücum ediblər. Onlar kişiyə bir neçə dəfə atəş açıblar, kişi güllə yarası alıb və ölüb. Həyat yoldaşı isə gözündən güllə yarası alıb, lakin sağ qalıb. Cinayət işi açılıb.