Krakovun Əsas Bazar Meydanında atışma törədən 24 yaşlı Mixal O. xəstəxanada ölüb. 

"Unikal" xəbər verir ki, bu barədə Polşa polisi məlumat yayıb. 

Qeyd edək ki, noyabrın 7-də Polşa vətəndaşı olan Mixal Krakovun mərkəzi meydanında atışma törədib. Nəticədə 5-i xarici vətəndaş olmaqla 6 nəfər ölüb, 16 nəfər yaralanıb.

Mixalın evində aparılan axtarışlar zamanı onun mənzilində valideynlərinin və bacısının meyiti də tapılıb.

Polşa Ədliyyə Nazirliyi baş vermiş hadisən terror cinayəti kimi qiymətləndirib.