ABŞ dövlət katibi Marko Rubio Qərb mediasının Donald Tramp administrasiyasından 2028-ci il prezident seçkilərində iştirak etmək üçün ayrıla biləcəyi ilə bağlı fərziyyələrini təkzib edib.
"Unikal" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.
"Rubio cümə axşamı Tramp administrasiyasından ayrılmağı planlaşdırdığı barədə xəbərləri təkzib edib və siyasi gələcəyi ilə bağlı sualları cavablandırmafı", - deyə məlumatda bildirilir.
Dövlət katibi nəşrə bildirib ki, o, prezidentliyinin sonuna qədər Trampla işləməyi "həmişə planlaşdırıb" və əks xəbərlərin haradan gəldiyini bilmir.
"Mən gördüyüm işi sevirəm", - deyən Rubio artıq 2028-ci il seçkilərini müzakirə etmək niyyətində olmadığını əlavə edib.
Gülayə Mecid






























.jpg)








.jpg)






.jpg)





