Türkiyənin keçmiş Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya fondlarla bağlı aparılan istintaq çərçivəsində həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Qeyd olunur ki, prokurorluqda 2 saat 15 dəqiqə dindirildikdən sonra eks-nazir "Kapital bazarı haqqında" qanunun pozulması və cinayət törətmək məqsədilə yaradılan təşkilata üzv olmaqda şübhəli bilinərək məhkəməyə göndərilib.Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.
Eyni istintaqda şübhəli bilinən İlyas Kaya və SPK-nın (Kapital Bazarları Şurası) keçmiş sədri İbrahim Ömər Gönül məhkəmə nəzarəti altında sərbəst buraxılıblar.
Xatırladaq ki, Fatma Betül Sayan Kaya Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olub, 2015-2023-cü illər arasında Türkiyə Böyük Millət Məclisinin 26-cı və 27-ci çağırışlarında İstanbul millət vəkili vəzifəsində çalışıb.
Bundan əvvəl, 2016-2018-ci illər arasında Türkiyənin 65-ci hökumətində Ailə və Sosial Siyasətlər naziri vəzifəsini tutub. O, həmçinin 2015-2026-cı illər arasında Sosial Siyasətlər üzrə məsul partiyanın sədr müavini vəzifəsində fəaliyyət göstərib. Kaya həmin tarixdə fond iddiaları ilə bağlı istintaqa kölgə salmaması üçün partiyadakı bütün vəzifələrindən azad olunmasını istəyib.
















































.jpg)
