05 noyabr 2026-cı il tarixində Yardımlı şəhərinin Heydər Əliyev küçəsində 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra aparatının əməkdaşları, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə aksiya iştirakçıları tərəfindən ağac əkiləcək ərazidə geniş təmizlik və abadlıq işləri aparılaraq, sahə əkin üçün hazır vəziyyətə gətirilib.
Təşkil edilən bu kütləvi aksiya zamanı ərazidə Eldar şamı, eləcə də qoz, fındıq və digər meyvə növləri daxil olmaqla, ümumilikdə 500-dən artıq müxtəlif növ ağac əkilib.
Aksiyanın keçirilməsində əsas məqsəd ağac əkməklə rayonda ekoloji tarazlığın bərpasına və ətraf mühitin qorunmasına töhfə vermək, atmosferi oksigenlə zənginləşdirmək, həmçinin ictimaiyyətin diqqətini yaşıllıqların mühafizəsinə yönəltməkdir.














.jpg)









.jpg)























