İsveçdə kişi əhalisinin sayının artırılması məqsədilə xarici ölkələrdən kişilərin qəbul ediləcəyi və onlara aylıq 3 800 avro ödəniləcəyi barədə məlumatlar yayılıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, ölkəyə köçmək istəyən kişilərin müraciətlərinin qəbul edilməsi nəzərdə tutulur. Lakin ödənişlərin hansı müddət ərzində həyata keçiriləcəyi və proqramın kimləri əhatə edəcəyi barədə hələlik ətraflı məlumat yoxdur.

İsveçdə əcnəbilərin iş icazəsi alması üçün də müəyyən əməkhaqqı tələbləri mövcuddur. 2026-cı il iyunun 1-dən qüvvəyə minən qaydalara əsasən, iş icazəsi üçün müraciət edən şəxslərin aylıq əməkhaqqı, ümumi qayda olaraq, ən azı 34 470 İsveç kronu olmalıdır. Bu məbləğ dövlət tərəfindən verilən yardım deyil, işəgötürənin təmin etməli olduğu minimum əməkhaqqıdır.

Aylıq 3 800 avro ödənişlə bağlı xəbərlərdən sonra müraciət qaydaları, yaş həddi və hansı ölkələrin vətəndaşlarının bu imkandan yararlana biləcəyi də maraq doğurub.

Bununla belə, İsveçin kişi əhalisinin sayını artırmaq məqsədilə xüsusi miqrasiya proqramı başlatdığı və ölkəyə köçən kişilərə aylıq 3 800 avro ödəyəcəyi barədə məlumatlar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Həmçinin bununla bağlı hər hansı rəsmi müraciət qaydası və qəbul şərtləri açıqlanmayıb.