Əgər Konstitusiya layihəsi Milli Assambleyada (parlament - red.) qəbul olunmazsa, növbədənkənar parlament seçkiləri keçirilir.

"Unikal" xəbər verir ki, bu barədə xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan brifinq zamanı bildirib.

"Hökumət Konstitusiya layihəsi təqdim edib səsvermədən keçirəcək. Bu bir ssenaridir. Əgər layihə qəbul olunmazsa, ardınca parlament seçkiləri keçiriləcək. Mənim anladığım qədərilə, bu, siyasi elmdəki klassik nümunədir.

Hökumətin Konstitusiya layihəsi təqdim etdiyi, lakin onun qəbul olunmadığı və ardınca növbədənkənar seçkilərin keçirilmədiyi bir vəziyyəti nə təsəvvür edə bilirəm, nə də xatırlayıram. Görəcəyik", - deyə o qeyd edib.

Ağarza Elçinoğlu