Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayev və Xidmətin nümayəndə heyəti Odlar Yurdu Universitetində olub. Nümayəndə heyəti universitetin informasiya texnologiyaları laboratoriyaları, təlim mühiti və maddi-texniki bazası ilə tanış olub, tədris prosesi və müvafiq ixtisaslar üzrə kadr hazırlığı imkanları barədə məlumatlandırılıb.
"Unikal" xəbər verir ki, XRİTDX ilə Odlar Yurdu Universiteti arasında 19 mart 2026-cı il tarixində imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Universitetdə Xüsusi Təyinatlı Rabitə Sistemləri Laboratoriyası yaradılıb. Laboratoriyanın açılışında XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev, Universitetin rektoru professor Əhməd Vəliyev və Milli Məclisin deputatı Samir Vəliyev iştirak ediblər.
Laboratoriya tələbələrə müvafiq sahə üzrə praktiki bilik və bacarıqların aşılanmasına, onların peşəkar hazırlıq səviyyəsinin artırılmasına, eləcə də optik kabellərin və müasir tələblərə cavab verən rabitə sistemlərinin öyrənilməsinə imkan yaradacaq.
Qeyd edək ki, memorandum təhsil proqramlarının təkmilləşdirilməsi, tələbələrin təcrübə imkanlarının genişləndirilməsi, ustad dərslərinin keçirilməsi, birgə laboratoriyaların yaradılması, eləcə də informasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahələri üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını əhatə edir. XRİTDX bu əməkdaşlıq vasitəsilə təhsil müəssisələri ilə əlaqələrin inkişafına və ölkənin informasiya təhlükəsizliyi sahəsində peşəkar kadr potensialının gücləndirilməsinə dəstək göstərir.














.webp)



















.jpg)












.png)



