ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini dekabrda Mayami yaxınlığında keçiriləcək G20 sammitinə dəvət etmək niyyətində olduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, Tramp bu barədə Floridadakı Mar-a-Laqo iqamətgahında jurnalistlərə bildirib.

Zelenskinin sammitə dəvət olunub-olunmayacağı ilə bağlı suala ABŞ Prezidenti müsbət cavab verib.

“Bəli, bunda heç bir problem yoxdur”, – o deyib.

Tramp, həmçinin Rusiya ilə Ukrayna arasındakı müharibənin yaxın gələcəkdə başa çatacağına inandığını bildirib.

“Mən hesab edirəm ki, Ukrayna ilə Rusiya arasındakı müharibə o qədər də uzaq olmayan gələcəkdə başa çatacaq”, – ABŞ lideri vurğulayıb.