Misli Premyer Liqasının X turunda "Qarabağ" səfərdə "Qəbələ" ilə heç-heçə edib.
"Unikal" xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Bu nəticədən sonra "Qarabağ" 19 xalla ikinci pillədə qərarlaşıb. 8 xalı olan "Qəbələ" isə 10-cudur.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" evdə "Sabah"ı 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Zirə" matçı isə heç-heçə başa çatıb - 2:2.
***09:21
Misli Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək.
"Unikal" xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə "Araz-Naxçıvan" evdə "Zirə" ilə üz-üzə gələcək. Bakı təmsilçisi 15 xalla 5-ci pillədə qərarlaşıb. 2 xala malik Naxçıvan komandası isə sonuncu - 12-cidir.
Günün son qarşılaşmasında isə "Qəbələ" doğma meydanda "Qarabağ"la üz-üzə gələcək. "Qarabağ" 18 xalla üçüncü pillədə qərarlaşıb. 7 xalı olan "Qəbələ" isə 10-cudur.
Misli Premyer Liqası
I dövrə, X tur
31 oktyabr
15:30. "Araz-Naxçıvan" – "Zirə"
Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı şəhər stadionu
17:30. "Qəbələ" – "Qarabağ"
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nazim Abdullayev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun ötən gün baş tutan görüşündə "Turan Tovuz" evdə "Sabah"ı 3:2 hesabı ilə üstələyib.


















































.webp)


.webp)


