Yəməndə husilər tərəfindən əsir saxlanılan BMT əməkdaşı Məhəmməd əş-Şami həyatını itirib.

"Unikal" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk məlumat verib.

Onun sözlərinə görə, BMT əməkdaşı 2024-cü il iyunun 6-dan husilərin əsirliyində olub.

BMT-nin məlumatına əsasən, Məhəmməd əş-Şami bir neçə ay əvvəl vəfat etsə də, ailəsinə bu barədə yalnız bu yaxınlarda məlumat verilib.