Naftalan Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) keçmiş direktoru Fazil Əliyev dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə Naftalan şəhəri üzrə gənclər və idman sektoru məlumat yayıb.
Fazil Tofiq oğlu Əliyev 1993–2016-cı illərdə Naftalan Uşaq-Gənclər İdman Məktəbinin direktoru, 2016–2022-ci illərdə isə məşqçi-müəllim vəzifəsində çalışıb. O, idman sahəsində göstərdiyi xidmətlərə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Gənclər və İdman Nazirliyinin 5 mart 2021-ci il tarixli, S-01 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adına layiq görülüb.









































.webp)


.webp)



.jpg)

.jpg)





